Səfir: ABŞ Azərbaycandakı islahatları dəstəkləyir

Səfir: ABŞ Azərbaycandakı islahatları dəstəkləyir

Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda “Alumni Fair” təhsil sərgisində deyib. “Biz Azərbaycanın islahatların keçirilməsində səylərini dəstəkləyirik. Azərbaycan bu sahədə böyük irəliləyişə nail olub”, - səfir qeyd edib. Diplomat bildirib ki, Azərbaycan hələ gənc ölkədir, hələ bir çox işlər görülməlidir: “Biz hökumətin iqtisadi, sosial sektorlarda və vətəndaş cəmiyyəti sahəsində islahatlarını dəstəkləyirik”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...