Almaniyalı deputat: “Avropanın maraqları fonunda Azərbaycanın çox böyük rolu var”

Almaniyalı deputat: “Avropanın maraqları fonunda Azərbaycanın çox böyük rolu var”
“Nəinki indi, keçmiş Sovet İttifaqı dağılan zamandan Avropa üçün daimi tərəfdaşlıqda maraqlı ölkələrdən biri də Azərbaycan olub. Avropa İttifaqı, xüsusilə də Almaniya öz xarici prioritetində Azərbaycanla hərtərəfli tərəfdaşlığı yeni mərhələlər üzrə daim inkişaf etdirmək niyyətindədir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniyanın Berlin əyalətinin deputatı, Azad Demokratlar Partiyasının (FDP) sözçüsü Marsel Lute (Marsel Luthe) bildirib.

O deyib ki, sadəcə olaraq, Almaniya cəmiyyətində Azərbaycanın yetərincə tanıdılması üçün işlər görülməlidir və Azərbaycan tərəfinin lobbiçiliyinin bu istiqamətdə görməli olduğu xeyli iş var: "Düşünürəm ki, bu, yaxın zamanda öz həllini tapa bilər. Biz demokratik ölkəyik, dövlətin istənilən qərarında cəmiyyətin reytinqli rəyi nəzərə alınır”, - deputat deyib.

Onun sözlərinə görə, hazırda Almaniya və Azərbaycan arasındakı münasibətlərdə ikitərəfli maraqlar bir çox sahələr üzrə yaxın zamanda müsbət nəticələr verəcək.

"Avropa İttifaqına Azərbaycan kimi tərəfdaş daim lazımdır. Eyni zamanda Azərbaycan enerjinin güclü ixracatçısı kimi, Almaniyada, ümumiyyətlə, Avropda özünü daha da yaxından tanıtmalıdır. Avropanın maraqları fonunda Azərbaycanın çox böyük rolu var”,- M.Lute vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...