Zurabişvilinin ABŞ-a səfəri baş tutmadı

Zurabişvilinin ABŞ-a səfəri baş tutmadı

Bu ilin payızında Gürcüstan prezidenti Salome Zurabişvilinin ABŞ-a nəzərdə tutulmuş səfəri baş tutmayacaq.
Virtualaz.org xəbər verir ki, bu məlumatı “Rustavi 2” telekanalı öz mənbələrinə istinadən yayıb. Telekanal açıqlayıb ki, səfərə hazırlıq hələ mart ayından görülürdü və bunun üzərində Gürcüstan XİN işləyirdi, lakin naməlum səbəblər üzündən o baş tutmayacaq.

Səfərin, doğrudan da, hazırlandığını dünən istefaya getmi.ş Prezident Administrasiyasının rəhbəri Laşa Jvaniya da təsdiqləyib. “Martda biz danışıqlar aparmışdıq ki, payızda – sentyabrın sonu, oktyabrın əvvəllərində səfər planlaşdırılsın”, - Jvaniya jurnalistlərə bildirib. Nə XİN, nə də Prezident Administrasiyası hələlik ABŞ-a səfərlə bağlı hər hansı şərh verməyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...