ABŞ İranı məhv edir - Rəqəmlər açıqlandı

ABŞ İranı məhv edir -

Neft ixracı olmadan İranın iqtisadi planda bundan sonrakı inkişafı çətin olacaq.

Axar.az xəbər verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında “Veta” ekspert qrupunun rəhbəri İlya Jarski deyib.

“BVF-nin məlumatlarına əsasən, cari ildə inflyasiya 30%-ə qədər sürətlənib. Bununla bərabər büdcənin gəlirləri azalıb. İran sanksiyalar altında artıq 40 ildir yaşayır və iqtisadiyyat artıq buna adaptasiya olub, lakin bu həm də cəmiyyətdə sosial təbəqələşməni gücləndirib. İran rialı ABŞ dollarına münasibətdə ucuzlaşır. Belə ki, bir ay əvvəl 136.000 rial bir dollar idisə, indi bu 141.500 rialdır. Bu isə 4% ucuzlaşma deməkdir. 2 maydan sonra rialın kursu İranın sanksiyalara verəcəyi cavabın aqressivliyindən asılı olaraq daha 10-15% ucuzlaşacaq. Eyni templərlə idxal məhsullarının qiymətləri yüksəlir ki, bu da İran əhalisinin onları almaq imkanlarını məhdudlaşdırır”, – deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...