Mnatskanyan Məmmədyarovla görüşdən danışdı: Biz də insanıq

Mnatskanyan Məmmədyarovla görüşdən danışdı:
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşməsi normal haldır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqalmasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Belə çərçivədə olan özəl söhbətlər çox normal davranışdır. Biz də insanıq və biz də bir-birimizlə söhbət edə bilərik. Hər görüşümüzdə hansısa problemi həll etməməliyik”, – deyə o bildirib.

Mnatsakanyan həmçinin Paşinyanla Əliyevin növbəti görüşünün Vaşinqtonda olma ehtimalının çox olduğunu bildirib. Bununla belə, o özünü sığortalayaraq, ABŞ-ın bu barədə açıqlama verməsinin daha doğru olacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Məmmədyarov Paşinyan-Əliyev görüşünün növbəti raundunun Vaşinqtonda olacağını açıqlayıb. İrəvan tərəfi indiyə qədər bu məsələdə qəti mövqe tutmayıb və bəzi hallarda təkzib etməyə də çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...