Fuad Abbasovla bağlı məsələ parlamentdə müzakirə olunacaq

 Fuad Abbasovla bağlı məsələ parlamentdə müzakirə olunacaq
“Azərbaycanın Rusiyadakı səfirliyi Fuad Abbasovla bağlı məsələyə dərhal reaksiya verməli idi. Fuad Abbasov hətta Rusiya vətəndaşı olsaydı belə, ona qarşı edilən zorakılığa susmaq olmaz”

Bu fikirləri Azvision.az -a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib. Deputat azərbaycanlı jurnalistin Rusiyada saxlanılmasını və ona işgəncə verilməsini pisləyib. Bildirib ki, Azərbaycan səfirliyi dərhal məsələyə müdaxilə etməlidir. “Mülki şəxslər tərəfindən ona qarşı zorakılığın tətbiqi , qoluna qandal vurulması, həmin anın lentə alınması hesabat xarakterlidir və çox guman ki, hansısa qüvvələrin maraqlarına xidmət edir. Bu, ermənipərəst qüvvələr də ola bilər, sapı özümüzdən olub ermənilərlə əməkdaşlıq edən tərəflər də. Yaxud Rusiya Dumasının müəyyən vəzifəli şəxsləri tərəfindən edilməsi də istisna deyil. Çünki Fuad Abbasov Dumanın bəzi üzvülərinin Azərbaycana qarşı məkirli fikirlərini sərt tənqid edirdi. Onun saxlanılması, təzyiqlərin göstərilməsi qanunvericiliyin tələblərinə ziddir. İnzibati qaydada saxlanılan adamın heç bir səbəb olmadan, müqavimət göstərmədən, bu cür zorakılıqla tutulması, qatı cinayətkar kimi maşına basılması, görüntülənməsi sifarişdir".

Deputat hesab edir ki, Fuad Abbasovla bağlı məsələ Azərbaycan parlamentində müzakirə olunacaq:

"Biz deputatlar öz mövqeyimizi bildirməliyik. Artıq onun deportasiya olunması məsələsi dəqiqləşdib. Hesab edirəm ki, bizim Diaspora komitəsi, Xarici İşlər Nazirliyi, Moskvadakı səfirliyimiz bununla bağlı bir açıqlama verməlidir. Nə baş verdiyini, məsələnin hüquqi tərəfini izah etməlidirlər. Biz bunu növbəti plenar iclasda qaldıracağıq”.

Ç.Qənizadənin fikrincə, Rusiyada F. Abbasova qarşı münasibət heç də birmənalı olmayıb: “Mən oradakı həmkarlarımızın bəzilərinin, eləcə də diaspora təşkilatlarının rəhbərlərinin fikirləri ilə tanışam və onlarla söhbət zamanı Fuad Abbasova qarşı münasibətin birmənalı olmadığını görürdüm. Ona qarşı qısqanclıq var idi. Aktiv fəaliyyətinə, hadisələrə çevik münasibətinə qısqanclıqla yanaşırdılar. Bu da bizim problemimizdir. Azərbaycanın Rusiyada olan diaspora təşkilatlarının hansısa məsələdə həmrəylik nümayiş etdirməsinin indiyədək şahidi olmamışam. Hətta bizim konqres bağlanan zaman da həmrəylik hiss olunmadı, etirazlar bildirilmədi. Bu gün də onun şahidi oluruq. Bu məsələyə susmaq lazım deyildi, Rusiyadakı azərbaycanlılar da Fuad Abbasovu müdafiə etməlidirlər. Bizim səsimiz ora çatmır, heç olmasa mətbuat vasitəsi ilə sözümüzü deməliyik”.

Qeyd edək ki, azərbaycanlı fəal, jurnalist Fuad Abbasov Rusiyada saxlanılıb. Miqrsasiya qanunlarını pozmaqda ittiham olunan jurnalist mayın 28-də Azərbaycana deportasiya ediləcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
99 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...