Tramp və Ərdoğan Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər

Tramp və Ərdoğan Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanvə ABŞ prezidenti Donald Tramp yaxın zamanda görüşə bilərlər. Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə hökümətindən mənbə bildirib.

Onun sözlərinə görə, görüş Yaponiyada G20 sammiti çərçivəsində baş tuta bilər: "Biz hazırda təqvim üzərində işləyirik. Biz bəzi müsbət siqnallar alırıq, lakin dəqiq zaman hələki müəyyən edilməyib.

Onlar [T.Ərdoğan və D.Tramp] həmçinin Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər". İkitərəfli səfərdən danışan mənbə dəqiq tarixin gözlənildiyini qeyd edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
77 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...