Türkiyədən 250 səhifəlik açıqlama

Türkiyədən 250 səhifəlik açıqlama

Türkiyənin Ali Seçki Qurumu (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının səbəblərini açıqlayıb.

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçki nəticələrinin ləğvinə dair verilən qərarın səbəblərinin dərc olunduğu 250 səhifəlik açıqlamada bildirilib ki, seçki məntəqələrinin və dairələrinin məsul şəxsləri qanunazidd şəkildə təyin olunub. Bundan əlavə, 377 nəfər məhdudiyyətli şəxs səs verib, 6 ölmüş şəxsin yerinə imza atılıb. 58 məntəqədə həbsdə olan şəxslərin yerinə səs verilib, 754 məntəqənin sədri isə dövlət məmuru olmayıb.

Bu və başqa səbəblər seçki nəticələrində şübhə yaradıb. Şühəli səslərin sayı 300 mindən çox olub. Qeyd edək ki, təkrar bələdiyyə seçkiləri iyunun 23-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...