Azərbaycan daha bir konvensiyaya qoşulacaq

Azərbaycan daha bir konvensiyaya qoşulacaq

Yaxın vaxtlarda Azərbaycan “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq. Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı əsasında sözügedən konvensiya ilə bağlı bir çox önəmli addımlar atılıb:

“Azərbaycan uzun müddətdir ki, konvensiya ilə bağlı öz mövqeyini bəyan edib. Orada qeyd edilən bir çox məqamlar var ki, bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr konvensiyaya qoşulub. Azərbaycan da bu konvensiyadan kənarda qala bilməz”.

H.Hüseynova sığınacaqların olması, “qaynar xətt”lərin yaradılması üçün vəsait ayrılmasının vacibliyini vurğulayıb:

“Bu, bildiyiniz qədər asan deyil. Hər dəfə bir başqa problemlər ortaya çıxır. Məişət zorakılığının qarşısının alınması üçün yerlər, monitorinq qrupları yaradılıb. Əsas məqsədimiz bu qruplarla yaranmış problemlərin qarşısını almaqdır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...