Azərbaycanın axtarışa verdiyi qadın Dubayda tapıldı

Azərbaycanın axtarışa verdiyi qadın Dubayda tapıldı
Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub. Report xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfira Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır. Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...