ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün böyük potensial var”

ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün böyük potensial var”

“Gələcəkdə Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan, Türmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz həcmləri ilə genişləndirilməsi üçün böyük potensial var”.
“Report” xəbər verir ki, bunu Vaşinqtonda keçirilən IV TransXəzər Forumunda ABŞ-ın iqtisadi inkişaf, enerji və ətraf mühit üzrə dövlət katibinin müavini Manişa Sinqx bildirib:
“Xəzər qazını Avropa bazarlarına çatdıracaq 40 mlrd. dollarlıq layihənin böyük hissəsi olan Cənubi Qafqaz Boru kəməri və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) uğurlu nümunədir. ABŞ resurslara etibarlı giriş yaradan enerji layihələrini dəstəkləyir. Hazırda qazTürkiyəyə nəql edilir və biz İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəmərinin (TAP) tamamlanmasını səbirsizliklə gözləyirik”.
O, çıxışında həmçinin qeyd edib ki, ABŞ-la Trans-Xəzər ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün böyük potensial var: “Biz, həmçinin Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial görürük”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...