Azərbaycanda bu qədər Britaniya vətəndaşı yaşayır - Səfir

Azərbaycanda bu qədər Britaniya vətəndaşı yaşayır -
"Bakı tək idman yarışlarının keçirilməsində deyil, həmçinin digər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə də kifayət qədər ad çıxarıb”.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib.

O qeyd edib ki, Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və 400-500 Britaniya şirkəti fəaliyyət göstərir: "Böyük Britaniya səfirliyi Azərbaycan rəsmiləri ilə, AFFA ilə, hər iki klubla, London Metropolitan Polisi ilə çox sıx əməkdaşlıq aparırıq ki, çox sayda futbol azarkeşi Bakıya gəlsin”.

Səfirin məlumatına görə, Böyük Britaniyadan Azərbaycana futbol matçı ilə əlaqədar 4 çarter uçuşu həyata keçiriləcək. Azərbaycana səfər edəcək Britaniya azarkeşlərinin sayı ilə bağlı məlumat sabah yenilənəcək. (ONA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...