Donald Tramp: "İranda rejimi dəyişməyə cəhd göstərmirik"

Donald Tramp: "İranda rejimi dəyişməyə cəhd göstərmirik"
“İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sinzo Abe ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib. Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.

İranın Xarici İşlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...