Milli Məclisin yaz sessiyası başa çatır

Milli Məclisin yaz sessiyası başa çatır

Azərbaycan Milli Məclisinin yaz sessiyası baş çatır. “Report” xəbər verir ki, sessiyanın sonuncu plenar iclası mayın 30-da və 31-də keçiriləcək.

Gündəliyə 26 məsələ daxildir. İclaslarda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə yanaşı, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, Vergi, İnzibati Xətalar məcəllələrinə və s. qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
İyun ayında parlamentin növbədənkənar sessiya çərçivəsində iki plenar iclasın keçiriləcəyi nəzərdə tutulur. Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə

olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...