"Deputatların Prezidentin islahatlarına dəstək vermək təmayülü hiss olunmur" - Fazil Mustafa

"Deputatların Prezidentin islahatlarına dəstək vermək təmayülü hiss olunmur" -

“Deputatların hüquq və səlahiyyətlərinin artırılması, qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatlar məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. O vurğulayıb ki, bu proses qaneedici deyil: “Prezident İlham Əliyev iqtisadi sahədə islahatlar həyata keçirir. Deputatların bu islahatlara dəstək vermək təmayülü hiss olunmur. Bu barədə düşünmək lazımdır. Milli Məclisdə iclaslarda iştirak etmək vacibdir, amma əsas ağırlığı məhsuldar çalışmağa yönəltmək lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, nizam-intizam olmazsa, məhsuldar iş də olmaz: “Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etmək lazımdır. Xahiş edirəm, bu məsələləri “Deputatın statusu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...