Trampın “qara siyahı”sına daha bir ölkə düşdü

ABŞ prezidenti Donalt Tramp Hindistanı Baş prefensiya sistemi (BPS) üzrə ticari güzəştlərin verildiyi ölkələrin siyahısından çıxardı. Oxu.Az bildirir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Qərar 2019-cu ilin iyunun 5-də qüvvəyə minəcək.

“Mən müəyyən etdim ki, Hindistan öz bazarına ədalətli və münasib giriş verdiyinə ABŞ-ı inandıra bilməyib. Bu səbəbdən də, onu 2019-cu ilin iyunun 5-dən inkişaf edən benefisiar ölkələrin siyahısından çıxarmaq daha məqsədəuyğun olar”, - sənəddə deyilir.

BPS ABŞ-ın ticari partnyorlarına müəyyən meyarlara cavab verərək, ABŞ-a geniş sayda məhsulu gömrük rüsumu olmadan ixrac etmək hüququ verən dövlət proqramıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...