Ramazan Abdulatipov istintaqa çağırıldı

Ramazan Abdulatipov istintaqa çağırıldı
Moskvanın Lefortovsk rayon məhkəməsi Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovu ifadə verməyə çağırıb.

“Kommersant” qəzetinin verdiyi xəbərə görə, o, dövlət büdcəsindən 41 milyon rublun mənimsənilməsi faktı üzrə açılmış cinayət işində şahid qismində sorğu-sual olunacaq.

Siyasətçi xarici vətəndaşların müvəqqəti saxlanılması üçün xüsusi bir müəssisənin qurulması üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunan keçmiş baş nazir Əbdüsəməd Həmidov və eks-iqtisadiyyat naziri Rayudin Yusifovla bağlı ifadə verəcək.

"Qafqazinfo" xatırladır ki, keçmiş məmurlar 2018-ci ildə Dağıstanda aparılan genişmiqyaslı antikorrupsiya əməliyyatı zamanı həbs ediliblər. Onlar barələrində irəli sürülən ittihamları qəbul etmirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...