Trampın həbsini istəyirəm – Konqres sədri

Trampın həbsini istəyirəm –
ABŞ Konqresinin spikeri Nensi Pelosi ölkə başçısı Donald Trampı həbsdə görmək istədiyini söyləyib.

Axar.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, bu barədə Pelosi məhkəmə palatasının sədri Cerri Nadlerlə görüş zamanı deyib. Görüş ABŞ prezidenti barədə impiçment başladılması məsələsinə həsr olunub.

Nadler görüş zamanı Pelosiyə komitəsinin impiçment prosesini başlatmağa icazə verməsi üçün təkid edib. Konqresin spikeri isə bundan imtina edib.

“Mən onun impiçmentini istəmirəm. Mən onu həbsxanada görmək istəyirəm”, - Pelosi bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...