Səfir Qarabağ münaqişəsi barədə: Hər şey Rusiyadan asılı deyil

Səfir Qarabağ münaqişəsi barədə: Hər şey Rusiyadan asılı deyil

Rusiya Dağlıq Qarabağda eskalasiyanın əleyhinədir. Nizamlanma ilə bağlı son sözü münaqişə tərəfləri deməlidir.

Bunu iyunun 11-də mətbuat konfransında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Biz davamlı danışıqlar prosesinin təşkili üçün eskalasiyanın olmamasının tərəfdarıyıq”, - diplomat qeyd edib.

O bildirib ki, yekun qərarı münaqişə tərəfləri qəbul etməlidir.

“Rusiyanın roluna balanslaşdırılmış şəkildə yanaşmaq lazımdır. Bizim vəzifəmiz həm ATƏT-in Minsk qrupunun həmsədri, həm də strateji müttəfiq kimi, malik olduğumuz mexanizm üzrə kömək etməkdir. Hər şeyin Rusiyadan asılı olduğunu demək düzgün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...