Sudanda növbəti ÇEVRİLİŞ cəhdi

Sudanda növbəti ÇEVRİLİŞ cəhdi

Sudanda növbəti dəfə hərbi çevriliş cəhdi baş verib.

Trend-in məlumatına görə, çevriliş cəhdinin qarşısı alınıb. Bir qrup hərbçi Müvəqqəti Hərbi Şuranı devirməyə çalışıb.

Məlumatlara əsasən, 68 zabit hadisə ilə əlaqədar saxlanılıb.

Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib.

Bundan əlavə, o qeyd edib ki, Sudanda 2005-ci ilin konstitusiyası artıq qüvvədə deyil və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...