Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Novruz Məmmədov Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmonla görüşüb.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı öncəsi baş tutub.
Bildirilir ki, Rahmon Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə edib.
Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan-Tacikistan tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...