Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ufa şəhərində keçirilən X təhlükəsizlik məsələlərinə məsul yüksək rəsmilərin beynəlxalq görüşü zamanı danışıqlar aparıblar.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.
Qeyd edək ki, bənzər görüş Rusiya tərəfilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...