ABŞ Konqresi rus silah biznesinə zərbəyə hazırlaşır

ABŞ Konqresi rus silah biznesinə zərbəyə hazırlaşır

ABŞ Konqresinə NATO üzvlərinə öz ordularını modernləşdirməsi və sovet silahlarından imtinası üçün kredit verməyi təklif edən qanun layihəsi təqdim edilib.

Axar.az xəbər verir ki, bu qanun layihəsi demokrat konqresmen Eliot Engel tərəfindən hazırlanıb. Qanun layihəsində Amerikanın müttəfiqlərinin çoxunun sovet silahlarından istifadə etdiklərinə görə Rusiyadan ehtiyat hissələri almağa davam etdikləri bildirilib. Üstəlik, Engel qanun layihəsində bu ölkələrin maliyyə resurslarının çatışmazlığı ucbatından yeni bahalı silahlar ala bilmədiklərini qeyd edib:

“Alyansın bəzi üzvlərinin ABŞ-la birgə hərəkət etmək qabiliyyətsizliyi NATO-nun döyüş qabiliyyətini azaldır və ABŞ hərbçilərinə əlavə çətinliklər yaradır. ABŞ-ın siyasəti NATO üzrə müttəfiqlərinə NATO standartlarına uyğun müasir hərbi qurğular almağa, eləcə də Rusiya və keçmiş SSRİ ölkələrinin müdafiə müəssisələrindən asılılıqlarını azaltmağa dəstək göstərməkdən ibarətdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...