Məmmədyarov Vaşinqtonda səfərdədir

Məmmədyarov Vaşinqtonda səfərdədir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

"Report" xəbər verir ki, iyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Bundan əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Xatırladaq ki, Z.Mnatsakanyanın vasitəçilərlə görüşü dünən baş tutub.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüşlər keçiriləcəyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...