Tramp Camal Qaşıqçı işinin araşdırılmasını şərh etməkdən imtina edib

Tramp Camal Qaşıqçı işinin araşdırılmasını şərh etməkdən imtina edib
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülmüş jurnalist Camal Qaşıqçının qətlinin Federal Təhqiqat Bürosu tərəfindən araşdırılması imkanları haqqında suala cavabdan yayınıb.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri NBC telekanalına müsahibəsində bu mövzu ilə bağlı danışmaq istəməyib.

"Güman edirəm ki, bu, ətraflı araşdırma idi. Mən bir çox nəşrlər gördüm", - deyə ABŞ prezidenti iki dəfə birbaşa suala cavab verməyərək mövzusunu dəyişib.
Donald Tramp Ər-Riyadla ticarət-iqtisadi əlaqələrin mövzusu barədə də danışıb. ABŞ prezidenti qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi 450 milyard dollar təşkil edir. "Mən Səudiyyə Ərəbistanı ilə iş görməkdən imtina edəcək qədər axmaq deyiləm. Əgər Səudiyyə Ərəbistanı sakinləri bizimlə iş görməsələr, onda onlar bunu ruslarla və çinlilərlə edəcəklər", - Amerika lideri bildirib.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...