Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu

Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu
Azərbaycan "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulub.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilib.

Belə ki, iclasda Azərbaycanın "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulmaq haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Deputatlar Azərbaycanın bu sənədə qoşulmasının ölkəmiz üçün vacib olduğunu qeyd ediblər.

Daha sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...