Ermənilər yeni müharibədən qorxuya düşdü

Ermənilər yeni müharibədən qorxuya düşdü
Son 10 gün ərzində baş verən hadisələr onsuz da pis vəziyyətdə olan Gürcüstan-Rusiya münasibətlərini daha da kəskinləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Rusiya prezidentinin əmri ilə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsi qoşunları, Şərq və Cənub Hərbi dairələrinin hərbi birləşmələri, o cümlədən Gümrüdəki 102 saylı hərbi baza və Erebunidə yerləşən 3624 saylı aviabaza tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ermənistan parlamentinin deputatı Arman Babacanyanın sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərində davam edən gərginlikdə həmçinin Ermənistan üçün də risklər mövcuddur.

Deputatın fikrincə, Ermənistan ərazisində yerləşdirilmiş rus qoşunlarından istifadənin rəsmi İrəvan üçün faciəvi nəticələri olacaq və buna görə də erməni hökuməti bu hərbi kontingentin istifadəsinə imkan verməməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...