Növbədənkənar parlament seçkiləri olmayacaq

Növbədənkənar parlament seçkiləri olmayacaq
S. Mirzəyev: "Növbədənkənar parlament seçkiləri olmayacaq"

“Bir sıra KİV-də və sosial şəbəkələrdə Azərbaycanda Növbədənkənar Parlament Seçkilərinin Keçirilməsi ilə bağlı Milli Məclisin iclasının çağırılması barədə yayımış xəbərlər həqiqətə uyğun deyil”.

BAKU.NEWS xəbər verir ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev REAL-açıqlamasında belə deyib.

“Doğrudur, millət vəkillərinin növbədənkənar iclas üçün toplanması nəzərdə tutulur. Amma bu MM-in yaz sessiyasında müzakirəsi və qəbul edilməsi başa çatmayan bir sıra qanun layihələrinin baxılması və müvafiq qanunların qəbul edilməsi ilə bağlıdır", - deyə məlumatda bildirilib

Qəbul ediləcək qanunlar prezidentin islahatlar kursuna xidmət edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...