Nazir: “Gürcüstanın turizm sənayesi çətinliklərlə üzləşəcək”

Nazir: “Gürcüstanın turizm sənayesi çətinliklərlə üzləşəcək”

“Gürcüstanın turizm sənayesi çətinliklərlə üzləşəcək, lakin çox ümid edirəm ki, problemlər həllini tapacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.


Nazir deyib ki, Gürcüstan Rusiya da daxil olmaqla bütün ölkələrdən olan turistlər üçün açıqdır: “Rusiyalı turistlərin bir hissəsinin əvəllər olduğu kimi Gürcüstana səfər etməkdə maraqlı olduqlarını görürük. Ümid edirik ki, son çətinliklərə baxmayaraq, rusiyalı turistlər Gürcüstana yenə səfər edəcəklər”.

N.Turnava Gürcüstanda turistlər üçün təhlükəsiz mühitin olduğunu qeyd edib: “Bir sıra beynəlxalq reytinqlərə əsasən, Gürcüstan turizm və biznes baxımından ən təhlükəsiz ölkələrdən biridir. Bütün turistləri Gürcüstana gəlib ölkənin necə təhlükəsiz, cəlbedici və qonaqpərvər olduğunu öz gözləri ilə görməyə çağırıram”.

Qeyd edək ki, iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları qadağan olunacaq.

Bu qadağanın Rusiyadan Gürcüstana gələn turistlərin sayının kəskin azalmasına gətirib çıxaracağı gözlənilir. 2019-cu ilin birinci yarısında Rusiya Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından birinci yeri tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...