Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb

Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb
ADA Universitetində “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb.
"Report"un məlumatına görə, konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrindəki səfirləri, Bakıda işləyən xarici diplomatlar iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanda diplomatik xidmət orqanları 1919-cu ildə yaranıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...