Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib

Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib
Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darrok ölkəsinin Xarici İşlər Nazirliyinə istefa ərizəsi ilə müraciət edib.

“Report” AP-yə istinadən xəbər verir ki, ərizəsində diplomat səlahiyyət müddəti hələ başa çatmasa da, hazırkı vəziyyətdə yerini başqasına verərək çıxıb getməyin daha məsuliyyətli addım olacağını bildirib.

Xatırladaq ki, iyunun 7-də səfir K.Darrokun ABŞ prezidenti Donald Trampı qabiliyyətsiz, etibarsız, səriştəsiz olaraq səciyyələndirməsini əks etdirən sənədlər mediaya yol tapmışdı. Ertəsi gün - iyunun 8-də isə prezident D.Tramp K.Darrok ilə artıq çalışmayacaqlarını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...