Aİ səfiri: "Azərbaycandan aviasiya sazişi üzrə təkliflər gözləyirik"

Aİ səfiri: "Azərbaycandan aviasiya sazişi üzrə təkliflər gözləyirik"
"Azərbaycanla aviasiya sazişi imzalamağa çox yaxınıq. İndi Azərbaycan tərəfinin təkliflərini gözləyirik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanskauskas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına həsr olunmuş təqdimatda deyib.

Səfir qeyd edib ki, aviasiya sazişinin imzalanması Azərbaycana fayda verəcək, turizmin inkişafına və ölkənin mühüm nəqliyyat mərkəzinə çevrilməsinə yardım edəcək.

"Bu sahədə gecikmə turizmin inkişafı və regional əməkdaşlıq üçün qaçırılan fürsət olacaq", - Aİ səfiri bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...