Gürcüstan səfiri XİN-ə çağırıldı - “Keşikçidağ”a görə

Gürcüstan səfiri XİN-ə çağırıldı -

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

“Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib”, - məlumatda qeyd olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...