Gürcüstan əhalisinin 56%-i Azərbaycanla münasibətləri yaxşı qiymətləndirib

Gürcüstan əhalisinin 56%-i Azərbaycanla münasibətləri yaxşı qiymətləndirib
Gürcüstanda rəyi soruşulanların 56%-i ölkənin Azərbaycanla hazırkı münasibətlərini yaxşı qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğsu zamanı məlum olub.

Respondentlərin 17%-i bu münasibətləri nə yaxşı, nə pis, 20%-i pis hesab edib, 7%-i isə suala cavab verməyib.

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Gürcüstanın Ukrayna (90%), ABŞ (87%) və Avropa İttifaqı (87%) ilə münasibətlərini yaxşı dəyərləndirib.

Respondentlər Gürcüstanın ən mühüm siyasi-iqtisadi tərəfdaşının hansı dövlət olması ilə bağlı sualı da cavablandırıblar. Onların 9%-i Azərbaycanı vacib siyasi, 13%-i isə vacib iqtisadi tərəfdaş adlandırıb. Rəyi soruşulanların 6%-i Azərbaycandan siyasi, 4%-i isə iqtisadi təhlükənin gəldiyini hesab edib.

Gürcüstan əhalisinin fikrincə, ABŞ (50%), Aİ (47%) və Ukrayna (29%) ölkənin ən mühüm siyasi tərəfdaşlarıdır. İqtisadi tərəfdaş kimi isə ABŞ respondentlərin 33%-nin, Aİ-39%-nin, Ukrayna isə 17%-nin səsini qazanıb.
Sorğu mayın 20-dən iyunun 11-dək bütün Gürcüstan üzrə 1 500 vətəndaş arasında keçirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...