Tramp müşavirlərini Yaxın Şərqə göndərir

Tramp müşavirlərini Yaxın Şərqə göndərir
Gələn həftə ABŞ Prezidentinin kürəkəni və baş müşaviri Cared Kuşner, Trampın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi Ceyson Qrinblatt və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Yaxın Şərq ölkələrinə səfəri edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Axios” portalı öz mənbələrinə istinadən yayıb. Məlumata görə, səfər çərçivəsində ABŞ-ın Fələstin-İsrail konfliktinin həlli ilə bağlı təklif etdiyi “Əsrin müqaviləsi” müzakirə ediləcək.

ABŞ nümayəndə heyəti İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İsraili ziyarət edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...