Qırğız Respublikasının keçmiş prezidenti Rusiya aviabazasından Moskvaya uçub

Qırğız Respublikasının keçmiş prezidenti Rusiya aviabazasından Moskvaya uçub

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Rusiyaya gedib.

“Report” “Sputnik Kirkizıstan”a istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinin Mətbuat katibliyi yayıb.

Sabiq dövlət başçısının Rusiyaya səfəri ilə əlaqədar aviabazanın ərazisinə mobil qrup gətirilib: “Bu qrup sərhəd nəzarətini həyata keçirəcək. Başqa sözlə həmin qrup Almazbek Atambayevin pasportuna çıxış ştampı vuracaq”.

Qeyd edək ki, keçmiş prezident bir müddət əvvəl Moskvaya dəvət olunub. Onun Rusiyada görüşəcəyi şəxs və ya şəxslər məlum deyil.

A.Atambayev səfəri ilə bağlı deyib ki, bu məxfi informasiyadır və iyulun 25-də Qırğız Respublikasına qayıdacaq. Ondan “Manas” hava limanının sərnişin təyyarəsinin xidmətindən istifadə etməməsinin səbəbi soruşulub. Keçmiş prezident deyib: “Bunun səbəbi hamıya məlumdur”.

Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə prezident olub. Qırğız Respublikasının Baş Prokurorluğu keçmiş prezidentə qarşı 6 faktdan 5-i üzrə cinayət işinin başlaması üçün əsas olduğunu bildirmişdi. Baş Prokurorluq onun prezident olarkən fəaliyətində korrupsiya əlamətləri aşkarlandığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...