Tereza Mey Baş Nazir kimi sonuncu çıxışını edib

Tereza Mey Baş Nazir kimi sonuncu çıxışını edib
Böyük Britaniyanın Baş Naziri Tereza Mey bu gün “10 Downing Street”də Baş Nazir olaraq son dəfə çıxış edib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, T.Mey ölkəsinə xidmət etməyin onun üçün böyük şərəf olduğunu bildirərək, Britaniya xalqına təşəkkür edib. O, Britaniyanın ikinci qadın Baş Naziri olmağından qürur duyduğunu qeyd edib. Tereza Mey Britaniyanın yeni Baş Naziri Boris Consona uğurlar arzulayıb.

Daha sonra isə Böyük Britaniyanın kraliçası II Yelizaveta ilə görüşmək, istefasını ona tədqim etmək üçün Bukingem Sarayına gedib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...