Anjey Kaspişik Dağlıq Qarabağa gəlib

Anjey Kaspişik Dağlıq Qarabağa gəlib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” “Yerkramas”a istinadən xəbər verir ki, o, Xankədidə separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.
Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət müzakirə olunub. A.Kaspişik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhə xəttində keçirilən monitorinqlərə toxunub.

Qeyd edək ki, bu gün Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparacaqlar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...