Prezident İlham Əliyev Ağcabədidə yol tikintisinə 7,6 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağcabədidə yol tikintisinə 7,6 milyon manat ayırıb
Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci il dönümüdür

26 iyul Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranma günüdür.

BAKU.NEWS xatırladır ki, ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.

1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.

Ulu öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi haqqında Azərbaycan Prezidenti tərəfindən imzalanmış Fərman isə gənclərə ölkəmizdə necə önəm verildiyindən xəbər verir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.
Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi də onların gənclərin ölkə həyatında fəallığını xeyli artırmışdır. Gənclərin xaricdə təhsil almasına dəstək verən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı gənclərə böyük imkanlar yaratdı. İndi bu proqram əsasında minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...