Senatordan Zərifə dəstək: Hökumət səhv etdi

Senatordan Zərifə dəstək:


ABŞ hökumətinin Cavad Zəriflə bağlı verdiyi qərar yanlışdır.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı senator Dayenn Faynstayn deyib.

İranın XİN rəhbəri ilə artıq 15 ildir tanış olduqlarını bildirən Faynstayn fikir ayrılıqlarına baxmayaraq, Cavad Zərifin peşəkar diplomat olduğunu söyləyib.

“Bu qərar bizi sülhə aparmır, onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır”, - senator bildirib.

Qeyd edək ki, ABŞ hökuməti İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. Zərif xüsusi kateqoriyalı şəxslər siyahısına daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...