“Türk Şurasının iclası Bakıda keçiriləcək” - Ərdoğan

“Türk Şurasının iclası Bakıda keçiriləcək” -

Türk Şurasının onuncu iclası Bakıda keçiriləcək.

Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

Türkiyəli liderin sözlərinə görə, iclas bu ilin oktyabrında baş tutacaq.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə türkdilli ölkələr arasında münasibətləri daha çox möhkəmləndirir.
Türkiyə Prezidenti qeyd edib: “Türkdilli ölkələr arasında münasibətlərin inkişafı Ankaranın xarici siyasətinin prioritetlərindən biridir”.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...