ABŞ və Türkiyə Suriyada birgə təhlükəsizlik zonası yaradır

ABŞ və Türkiyə Suriyada birgə təhlükəsizlik zonası yaradır

ABŞ və Türkiyə Suriyadakı təhlükəsizlik zonasına nəzarət etmək üçün Birgə Əməliyyat Mərkəzi yaradacaq.

“Anadolu” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

“Hələ üzərində işlənməli olan bəzi detallar mövcud olsa da, danışıqlarda atılan ilk addımlar bizi ruhlandırır. Planlaşdırma və tərəflər arasında razılaşdırılan nüansların həyata keçirilməsi üçün qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq. Suriyanın şimal-şərqində sülh və sabitliyə nail olmaq üçün tərəfdaşlarımızla bu vacib məsələ üzərində işləməyə davam edəcəyimizi gözləyirik”, - deyə, o bildirib.

Məlum olub ki, daha əvvəl,Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəsmiləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılıq əldə ediblər. Eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək. Kürd silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...