Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb - FOTO

ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün "Twitter"dəki səhifəsində yazıb.
Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb - FOTO

"Bu gün Səudiyyə Ərəbistanının neft infrastrukturuna görünməmiş hücumları müzakirə etmək üçün Səudiyyənin varis şahzadəsi Məhəmməd bin Salmanla görüşdüm", - deyə o yazıb.
Diplomat əlavə edib, Amerika tərəfi Səudiyyə Ərəbistanının özü kimi həm də ərəb dövlətinin özünümüdafiə hüququnu dəstəkləyir.

"İran rejiminin təhlükəli davranışı yolverilməzdir", — deyə dövlət katibi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...