İtaliyanın baş naziri: “TAP - mənim hökumətimin ən böyük uğurlarından biridir”

İtaliyanın baş naziri: “TAP - mənim hökumətimin ən böyük uğurlarından biridir”

“Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsinin reallaşdırılması rəhbərlik etdiyim hökumətin əldə etdiyi ən böyük uğurlardan biridir”.

“APA-Economics”in İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın baş naziri Matteo Renzi Milan Fond Birjasındakı çıxışı zamanı deyib.

“TAP - mənim hökumətimin əldə etdiyi ən böyük uğurlarından biridir. TAP kəməri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur”, - deyə baş nazir qeyd edib.

Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...