İsa Qəmbər Müsavatın qurultayında səs verəcəyi namizədin adını açıqlayıb

İsa Qəmbər Müsavatın qurultayında səs verəcəyi namizədin adını açıqlayıb

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın növbəti qurultayında səs verəcəyi namizədin adını açıqlayıb.
“Report”un xəbərinə görə, İ.Qəmbər deyib ki, başqan vəzifəsinə namizədliyini irəli sürən Arif Hacılıya səs verəcək.
Sabiq başqan bunu Arif Hacılının təcrübəli olması ilə əlaqələndirib: "Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı, bunu Arif Hacılının bəlkə də köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də, IX qurultayda başqan seçkilərinin qalibi bəllidir. Seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavat Partiyasının və Azərbaycanın Arif Hacılının xidmətlərinə ehtiyacı var”.
İ.Qəmbər partiya üzvlərini A.Hacılıya səs verməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...