Azərbaycanlı səfir Ukrayna telekanalında Ermənistanı ifşa etdi

Azərbaycanlı səfir Ukrayna telekanalında Ermənistanı ifşa etdi

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV televiziya kanalına müsahibəsində Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib.

Modern.az xəbər verir ki, səfir bildirib ki, Ukrayna və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə regional təşkilatlar olsun, ərazi bütövlüyü və suverenliyi məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir. A.Xudiyev qeyd edib ki, bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkiləri”n tanınmaması haqqında bəyanat verib. Həmçinin rəsmi Bakı Krımda keçirilən “seçkilər”in legitimliyini tanımayıb. Bütün bunlar onu göstərir ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Jurnalistin bəzən “Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” münaqişə adlandırılması nə dərəcədə düzgündür?” sualına cavabında A.Xudiyev vurğulayıb ki, əgər qoşunların təmas xəttində və sərhəddə azərbaycanlı əsgər və zabit, mülki şəxs öldürülürsə, bu necə “dondurulmuş” münaqişə ola bilər?

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” adlandırılması anlayışı ilə razılaşmıram. Bu günlərdə düşmən gülləsindən Azərbaycanın daha bir mülki şəxsi həlak oldu. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını dəfələrlə əməllərində sübut edib”.

A.Xudiyev verilişdə Ukrayna vətəndaşlarının bəzən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparıldığı məsələsinə də toxunub: “Biz Ukrayna ilə siyasi məsləhətləşmələrdə həmişə bildiririk ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər həm ölkə qanunvericiliyinin pozulmasıdır, həm də insanların həyatı üçün təhlükəlidir. Nəzarətsiz zonalara xarici ölkə vətəndaşların aparılması olduqca təhlükəlidir. Ona görə də Ukrayna Xarici İşlər Nazirliyi bir daha bu günlərdə rəsmi saytlarında vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməməyə dair bəyanatla çıxış edib”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...