Qarabağda daxili savaş: Qrup Paşinyanla görüşdü

Qarabağda daxili savaş:

Qondarma Qarabağ rejiminin “vətən fraksiyası”nın “deputat”ları Araik Arutyunyanın rəhbərliyi altında İrəvana səfər ediblər.

Axar.az xəbər verir ki, “deputatlar” İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüblər.

Qeyd edək ki, “vətən fraksiyası” qondarma rejimin parlamentində ən böyük siyasi qüvvədir. Fraksiya keçmiş “baş nazir”, “azad vətən partiyası”nın sədri Araik Arutyunyanın nəzarətindədir.

Bundan öncə Ermənistan mətbuatı Arutyunyanın qondarma rejimdəki “prezident” seçkisində İrəvanın əsas namizədi olacağı məlumatını paylaşsa da, sonradan Arutyunyanın qondarma rejimin “xarici işlər naziri” Mais Mailyanla əvəzlənəcəyi bildirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...