"YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"

"YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"
“Gənclər ölkəsi olan Azərbaycanda onların potensial imkanlarından səmərəli istifadə olunması, idarəçilikdə irəli çəkilmələri bütün dövrlərdə öz aktuallığını qoruyub”...

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən YAP üzvlərinin 40 faizini gənclər təşkil edir: “Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması istiqamətində atılan addımlar öz bəhrəsini verir. Belə ki, Yeni Azərbaycan Partiyası son parlament və bələdiyyə seçkilərində zəngin seçki təcrübəsinə əsaslanaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçiliyini artırıb. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, müasir dünyagörüşə, zəngin biliyə, savada malik olan gənclərə böyük ehtiyacın olduğu qaçılmazdır. Bu gün bu uğurumuzu da böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan kosmik klubun üzvüdür. Ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb”.

S.Novruzov xatırladıb ki, Azərbaycan növbəti bələdiyyə seçkiləri ərəfəsindədir: "Hər bir seçki prosesindən uğurla çıxan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağı şəksizdir. Seçki kampaniyasının hər bir mərhələsini demokratik prinsiplərin, seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirən Yeni Azərbaycan Partiyasının hər bir üzvü xüsusi fəallıq nümayiş etdirir, “Xalqa xidmət” devizi altında seçki kampaniyasını uğurla başa çatdıracaqlarına əmindirlər. Bu əminliyə əsas verən partiyanın zəngin seçki təcrübəsi, ən əsası ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi siyasətin nəticəsində əldə olunan uğurlardır”.(report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...