"Bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub" - Prezident İlham Əliyev

"Bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub" -
"Bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub: "Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq. Çünki əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və biz, əlbəttə, öz tərəfdaşlarımızla ənənəvi əlaqələri möhkəmlədəcəyik".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...