"Bəziləri sanki qəsdən elə şərait yaradır ki..." – Məzahir Pənahov

"Bəziləri sanki qəsdən elə şərait yaradır ki..." –

Artıq bülletenlərin çapına başlamalıyıq.
Gundeminfo.az xəbər verir ki, bunu MSK-nın iclasında kimissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, yanvarın 30-u bülletenlərin çapı üçün axırıncı gündür:

“Biz seçkiyə 5 gün qalmışadək bülletenləri dairə seçki komissiyalarına paylamalıyıq. Bülletenlərdə 19 siyasi partiyanın adı olacaq”.

MSK sədri əmlak məsələsinə görə qeydə alınmayanlar barədə də danışıb. Deyib ki, onlar sanki qəsdən elə kombinasiya qurublar ki, həmin namizədləri qeydə ala bilməyək:

“Bu iş təsadüfə bənzəmir. Burada bir məntiq var. Biz DSK-lar tərəfindən namizədliyi qeydə alınmaqdan imtina edilənlərin hamısını məmnuniyyətlə qeydə alardıq. Bülletenlərə adı daxil ediləcək namizədlərlə də bağlı eyni situasiya ilə üzləşə bilərik. Elə namizədlər var ki, onların siyasi partiya mənsubiyyəti var. Amma onların namizədliyi partiya tərəfindən irəli sürülməyib. Biz həmin namizədlərlə də bağlı problemlə üzləşə bilərik. Hansısa partiya bülletenlər çap edildikdən sonra mürasiət edə bilər ki, filankəsin adını niyə bizim partiyanın üzvü kimi bülletenə daxil etmisiniz?

Ona görə də səsverməyə 10 gün qalmışadək bu məsələlərdə dəyişiklik etmək mümkündür. Hansısa siyasi partiya tərəfindən kim üzvlükdən çıxarılacaq, hansını saxlayacaqsa, həmin vaxtadək bunu etməlidirlər. Zəhmət çəksinlər, kimi çıxaracaq, kimi saxlayacaqlarsa, yanvarın 29-dək bu məsələyə baxsınlar. Yanvarın 29-u axırıncı gündür. 29-dan sonra bu məsələyə baxılmayacaq. Seçki baş tutmalıdır. Seçkini kiminsə taleyinə buraxmaq olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...